İran Prezidenti İbrahim Rəisi 50 ölkənin liderlərinə məktub göndərərək, Qəzza zolağına hücumları dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Rəisinin mesajı digər ölkələrlə yanaşı, Rusiya prezidenti və Çin lideri, həmçinin İordaniya, Qazaxıstan, Keniya, Türkiyə və CAR dövlət başçılarına da ünvanlanıb. Rəisi İsraili Qəzzada atəşkəsə məcbur etmək üçün liderləri birliyə və koordinasiyaya çağırıb.
“Ölkələrimiz İsraillə ticarət və siyasi qarşılıqlı fəaliyyətin dayandırılması da daxil olmaqla, əllərində olan bütün təzyiq rıçaqlarından istifadə etməlidirlər. Bu, İsrailin Qəzzada törətdiyi cinayətlərə son qoymağa daha böyük töhfə verməyə kömək edəcək”, - məktubda qeyd olunub.
- “Azercell”in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi
- Qarabağa getmək istəyənlərin nəzərinə!
- Prezident fərman imzaladı
- COP29 vaxtı restoran və gözəllik salonları bağlanacaq? - Rəsmi
- Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi
- Toy karvanında avtoşluq edib, yayanlar 500 manat cərimələndi
- Ölkədə bu hadisələr 80% azalıb – Hərbi prokuror
- Heydər Əliyev prospektindəki zəncirvari qəzanın - Videosu