Türkiyə və Almaniya “Eurofighter” qırıcılarının satışı müqabilində Berlinə Türkiyə istehsalı olan PUA-nın tədarükü imkanını müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
“Yeri gəlmişkən, Türkiyə Prezidenti Ərdoğanla Almaniya kansleri Şolts arasında şam yeməyi müsbət atmosferdə keçib. Şolts Ərdoğana qarşı çox hörmətlə davranıb. Gündəmə “Eurofighter” təyyarələri müqabilində PUA-ların satışı da daxil edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, Türkiyə Avropanın əsas döyüş təyyarəsi olan “Tayfun”dan (Eurofighter Typhoon) 40 ədəd almaq istəyir.
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır
- Dəhşətli qəzada ölən qadın müəllim imiş - Foto
- Azərbaycanda bu ailələrə "uşaqpulu" verilir
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto