Havanın soyuması və leysan yağışları, güclü küləklə bağlı Türkiyədə 15 vilayətdə narıncı, 16 vilayətdə isə sarı xəbərdarlıq elan edilib. Ermənistan və Gürcüstanda da bu gün axşamdan hava temperaturunun 6-8 dərəcə aşağı düşəcəyi gözlənilir. Bu hava dəyişikliyi ölkəmizə necə təsir edəcək?
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova BUTA.TV-a bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si gündüzdən 21-i axşamadək şimal-qərb küləyinin 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
“Noyabrın 20-si axşamdan 21-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Rayonlarımızda 21-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyinin arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir”, - Məmmədova bildirib.
- Misir və İordaniyadan Əsədə çağırış: Ölkədən qaç – Təcili
- İraqdan təcili: Əsəd ordusu dağılır, Bağdad qoşun yeridəcək?
- Özbəkistanda Qərbi Azərbaycanlılar İctimai Birliyi yaradıldı
- Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
- Türkiyə yeni “cəbhədə”: Suriyada hansı yeni dövlətlər yaranır?
- Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - Rəsmi
- Türkmanlar müstəqillik üçün 4 əsas hədəfi açıqladı - Video
- Əsədov Fuad Oqtayla görüşdü