Qarabağdan könüllü miqrasiya edən ermənilərin yalnız 1143 nəfəri yataqxana və ictimai mənzillərdə yalayır.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, Ermənistan Qarabağdan 100 min erməninin köçdüyünü iddia edib. Bu ermənilərin böyük əksəriyyətinin isə Qarabağ sakini olmadığı, işğal illərində qanunsuz məskunlaşdırıldığı və yaxud Ermənistan vətəndaşı olduğu haqda dəfələrlə yazılıb.
İndi Ermənistan mediasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Terteryana istinadla yaydığı bu məlumatdan da görünür ki, Qarabağdan gedənlərin böyük əksəriyyətinin Ermənistanda evi, yaşamağa şəraiti var. Həmçinin onların əksəriyyəti Ermənistan pasportu daşıyır.
Xatırladaq ki, 1988-1993-cü illərdə Ermənistandan qovulan və Qarabağdan məcburi didərgin düşən bir milyona yaxın insanın hamısı Bakıda tələbə yataqxanalarında, qaçqın şəhərciklərində çadırlarda, vaqonlarda, tikilisi yarımçıq qalmış binalarda məskunlaşmışdı.
- Qardaş 46 yaşlı bacısını bıçaqladı
- Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi...
- DİM-dən buraxılış imtahanında iştirak edənlərə müraciət
- AzTV-nin aparıcısına vəzifə verildi
- Bakıda kişi və arvadı kirayə qaldığı evdə dəm qazından öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Bu gündən elektron siqaretlər qadağan olundu
- Lahıc yolunda torpaq sürüşməsi baş verdi, hərəkət dayandırıldı