Məndə olan məlumata görə, məqsədi sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək olan təxribat qrupu Gürcüstana soxulub.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dövlət vəsaitini mənimsəməkdə ittiham olunduğu məhkəmə prosesinə xəstəxanadan canlı yayımla qoşularkən deyib.
Saakaşvili turist və ya köçkün adı altında Gürcüstana gələn ruslardan ibarət qrupu nəzərdə tutub:
“Mülki özünümüdafiə üçün qaynar xətt yaratmaq istəyirəm. Ora hər bir vətəndaş zəng edib Gürcüstana qarşı şübhəli hərəkətlər barədə məlumat verə bilər. İctimaiyyəti ruslara, xüsusən də atletik bədən quruluşuna malik ruslara qarşı diqqətli olmağa çağırıram”.
Rusiyanı yırtıcı adlandıran eks-prezident qeyd edib ki, yırtıcıya kürəyini çevirsən, sənə çatacaq və yeyəcək.
- Qida borusunda yemək qalan qadın öldü
- Məktəbli qardaşlara xəsarət yetirildi: qazi saxlanıldı
- Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
- Sabah hava necə olacaq?
- Ziya Məmmədovun qalmaqallı qohumu yüksək vəzifə aldı
- Bu şəxslərin maaşları arta bilər - Deputatdan müjdə
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı