HƏMAS və İsrail arasındakı münaqişənin sonu ölkənin hazırkı Baş naziri Benyamin Netanyahunun siyasi karyerasının sonu olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” partiya rəsmisinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, o, “Likud” partiyasının rəhbəri postunu tərk edəcək və İsrailin Baş naziri postundan istefa verəcək:
“Netanyahu üçün bu, oyunun sonudur. Əksini deyən çox az adam tapa bilərsiniz”.
Qeyd olunur ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi Baş nazirin son illərdə qurduğu bütün təhlükəsizlik siyasətini sual altına alıb. Kəşfiyyat və digər təhlükəsizlik orqanlarının uğursuzluğu Netanyahunun mövqeyini zəiflədir, lakin bütün siyasi qərarlar tərəflər arasında qarşıdurma bitdikdən sonra veriləcək.
- Bu xəbərlərə də göz at
- Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ
- Ankaradan Bakı-İrəvan arasındakı razılığa reaksiya
- Əliyevin seçki qərarı: Rusiya, İran, Türkiyə amili...
- Obrayenin Bakı səfəri: ABŞ-ın Qafqaz plan… - Markov
- Güclü zəlzələ həyət evlərini bahalaşdıracaq?
- Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik?