Bayden və Szinpin arasında görüş hazırlıqları başladı

Bayden və Szinpin arasında görüş hazırlıqları başladı

Tarix: Siyasət

ABŞ və Çin səlahiyyətliləri ölkə liderləri Co Bayden və Si Szinpin arasında görüşün təşkili üçün hazırlıqlara başlayıblar.

BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Hər iki tərəf San-Fransiskoda iki ölkə liderlərinin görüşünün təşkili üçün birgə səylər göstərməyə razılaşıblar”, - məlumatda qeyd edilib.