Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb.
“BUTA.TV” xəbər verir ki, ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır. Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib.
O, evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib. Bu zaman Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıb. Qonşuluqda yaşayan və hüquq-mühafizə orqanlarında çalışan Etibar Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman o da güllə xəsarəti alıb.
Dağbəyi Fərəcovun iş adamı olduğu və kafe işlətdiyi bildirilir.
***
Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
- Ötən gün Azərbaycanda 40 nəfər saxlanıldı
- Kamal Abdulla: ADU-nun nüfuzu sərhədləri aşır
- Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - Video
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Ölkəmizdə hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi...
- Hava kəskin dəyişir: Martın 30-dək...
- Adil Əliyevə vəzifə verildi
- Bəzi ərazilərdə külək güclənəcək