Brüsseldə keçirilən sammitdən sonra Avropa Birliyi (Aİ) liderləri Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.
"Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün AB-nin vasitəçilik səylərini təşviq etməyə sadiqik", - o bildirib.
Qeyd edək ki, oktyabrın 26-27-də Brüsseldə keçirilən sammitdə xarici siyasətlə bağlı məsələlər, o cümlədən Priştina-Belqrad münasibətləri və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
- Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir