Şairə Nazilə Səfərli dünəndən bəri müzakirəsi gedən “3000 manatlıq emosional ehtiyac” məsələsinə reaksiya verib.
BUTA.TV xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə video paylaşan şairə psixoloqa od püskürüb: “Emosional tələbatın içində məbləğ yoxdur. Axşamdan bəri psixologiyamızı korlamısan, ay qız! Ərim təxminən 700 manat maaş alır. O, bu maaşla mənə necə 3000 manatlıq telefon alsın?! Bəsdir, camaatın ailəsini bu fikirlərinlə dağıtma. Buna bax bir! Axşamdan bəri başımı xarab edib... Yekə qızsan. Gündəmə düşmək istəyirsənsə, min dənə yol var. Zəng vur, başa salaq. Emosional tələbat imiş”.
Xatırladaq ki, psixoloq Əfsanə Rüstəmovanın “Günə son” ictimai-sosial verilişində söylədiyi “Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi bir haqqı var. Əgər mənim 3000 min manatlıq telefon kimi emosional bir ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək kimi şansım var” fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.
- DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
- Bir vəkil kollegiyadan xaric edildi, üçü cərimələndi
- Messi Trampla görüşdü, top hədiyyə etdi - VİDEO
- Azərbaycanda müğənni faciəvi şəkildə öldü
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi