Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir.
BUTA.TV xəbər verir ki, bu fikirləri BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib. O bildirib ki, ölkəmiz 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələyib:
“Bütün selektiv abortlar kriminal abortlardır. Bununla Cinayət Məcəlləsinin qapısı açılır.
Həmçinin bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 30%-dən yuxarısının zorakılığa məruz qaldığını öyrənmişdik. Təəssüf ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq”.
- Azərbaycanda Novruz bayramı qeyd edilir
- Azərbaycanın bu ölkədəki səfirliyi 10 gün işləməyəcək
- Daha bir şirkətin vergi borcu üzə çıxdı
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı