Bu gün İstanbul Birjasının fəaliyyəti bir müddət dayandırılıb. “Sözcü” telekanalı xəbər verir ki, bu, birjanın əsas indeksi olan BIST100 5 faiz ucuzlaşmasından sonra baş verib.
Ucuzlaşmanın əsas səbəbi kimi ekspertlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün parlamentdə İsrail əleyhinə səsləndirdiyi sərt bəyanatları göstərirlər. Prezident Ərdoğan Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar Türkiyə rəsmilərinin İsrailə planlaşdırılan bütün səfərlərinin ləğv edildiyini açıqlayıb. Bu isə İstanbul birjasında panikaya və sürətli enişə səbəb olub.
BIST100 indeksi 5 faiz endikdən sonra birjadakı “panik əməliyyatları” səbəbindən investor itkilərini minimuma endirmək üçün mövcud olan avtomatik bağlanma sisteminin işə düşməsinə və birjanın fəaliyyətinin müəyyən müddətə dayanmasına gətirib çıxarıb.
- Ziya Məmmədovun qalmaqallı qohumu yüksək vəzifə aldı
- Bu şəxslərin maaşları arta bilər - Deputatdan müjdə
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı
- Buraxılış imtahanı suallarının düzgün cavabları açıqlandı
- Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır
- Güclü yağışlar: Məktəblərdə davamiyyət necədir?
- Kəmaləddin Heydərov su basan ərazidə - Video