Gəncədə nənələri tərəfindən imtina olunan uşaqların anası övladlarını geri istədiyini bildirib.
BUTA.TV xəbər verir ki, 2 yaşlı və 3 aylıq körpənin anaları, İ.Cəlilova övladlarının olduğu Gəncə şəhər 2 Saylı Uşaq Xəstəxanasına gedərək onları ordan götürmək istəyib. Lakin qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib.
Qadınla bu barədə danışıqlar aparılıb və ona bildirilib ki, hər iki övladının sağlıq durumu yaxşıdır və sabah onun övladları Bakı şəhərində yerləşən Körpələr evinin birinə yerləşdiriləcək.
Xatırladaq ki, oktyabrın 21-də səhər saatlarında Gəncə şəhərində yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 2 yaşlı oğlan nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 3 aylıq qız nəvəsini də gətirərək hər iki uşağı İcra Hakimiyyəti əməkdaşlarına verib və qızının övladları olan bu uşaqlara baxmaq istəmədiyini bildirib.
Qeyd edək ki, analoji hal qadının ilk övladı olan zaman da başverib. Belə ki, ozaman da nənə qızının övladına baxmadığını qeyd edib.
- Təbrizdə küçələrində Əliyev haqda, görün, nə yazdılar... - Foto
- Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?
- Xaçatryan: Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi
- Tehran Bakını yanlış anladı - Əliyevin tələbinin səbəbi
- Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir
- Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir?
- Əliyevin mesajının şifrələri: Zəngəzur dəhlizinin önəmi...
- Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... – Video