Çernobıl qəzası: rəis 37 il sonra intihar etdi

13:06 - 25 Oktyabr 2023 - GÜNDƏM

 Çernobıl qəzası: rəis 37 il sonra intihar etdi

Çernobıl AES-in 4-cü enerji blokunun keçmiş növbə rəisi Viktor Smagin 75 yaşında Moskvada ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, Smagin ağır xəstəlik səbəbindən özünə qəsd edib. Evindən tapılan məktubda da Smagin səhhətindəki ağırlaşmalar səbəbindən özünə sui-qəsd etməli olduğunu yazıb.

Qeyd edək ki, 1986-cı ilin aprelində Smagin Çernobıl AES-in 4-cü enerji blokunda növbə rəisi vəzifəsində çalışıb. Qəza gecəsi növbədə olmasa da, partlayış və yanğından sonra qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib və həddən artıq şüalanma dozası qəbul edib.

Bu xəbər hal-hazırda çox oxunur
“Lukoil”da benzin yerinə su vurublar” - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol