Türkiyədə prokuror “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlində təqsirləndirilən Azərbaycan əsilli 8 nəfərin - Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlamlının, Camal Həsənovun, Cəfər Əlizadənin, Xanımnisa Məmmədovanın, Namiq Caniyevin, Rəsul Həsənovun, Ümid Nəcəfovun, Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlunun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
“Report” xəbər verir ki, cinayət işinə Antalya şəhərindəki Manaqvat Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror bu günkü prosesdə çıxış edib.
Bildirilib ki, Ə.Mövlamlı, R.Həsənov, Ü.Nəcəfov, C.Kələş, E.Aşan və N.Arasoğlu saxlanılıb. C.Həsənov, C.Əlizadə, X.Məmmədova, N.Caniyev haqqında isə beynəlxalq axtarış elan olunub.
Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
- İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Foto
- Bu il "Son zəng" fərqli tarixdə keçiriləcək
- 37 yaşlı xanıma yüksək vəzifə verildi
- İsveçrədə erməni diasporunun təxribatı iflasa uğradı
- Bakının Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı
- Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı verdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İstanbuldakı Azərbaycan Evi təqdim edildi