Azərbaycan Respublikasının səhiyyə naziri Astanada keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyasında Fransa və Ermənistan nümayəndələrinin əsassız ittihamlarına cavab verib.
Səhiyyə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyasında Fransa və Ermənistan nümayəndələrinin ölkəmizin ünvanına səsləndirdikləri əsassız ittihamlara cavab verib.
Teymur Musayev qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa olunması, ərazilərin qanunsuz erməni hərbi birləşmələrindən təmizlənməsi məqsədi ilə anti-terror mahiyyətli tədbirlər həyata keçirilib.
Müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ regionuna bir sıra səfərləri olub. Bu səfərlərin nəticəsində hazırlanan hesabatlarda qeyd olunub ki, hər hansı bir mülki infrastruktura, o cümlədən məktəb və xəstəxanalara heç bir ziyan dəyməyib. Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib.
Eyni zamanda vurğulanıb ki, UNİCEF və Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin də hesabatlarında bu məsələ öz əksini tapıb. Həmçinin Ermənistan Baş nazirinin 21 və 23 sentyabrda səsləndirdiyi bəyanatlarında mülki əhali üçün hər hansı bir təhlükə olmadığı bildirilib. Bütün bu faktlar bir daha sübut edir ki, Fransa və Ermənistan nümayəndələrinin səsləndirdikləri ittihamlar əsassızdır.
- “Lukoil”da benzin yerinə su vurublar” - Video
- ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…
- Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...
- Ərdoğanın Suriya səfərinin hədəfi – Nələr gözlənilir?
- 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
- “Bank işçiləri heç vaxt PİN kod tələb etmir” - DİN-dən çağırış
- Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır
- Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”