İtaliya mafiyasının liderlərindən biri, 67 yaşlı Cüzeppe Sqanqa Gürcüstanda saxlanılıb.
BUTA.TV xəbər verir ki, Sqanqanın saxlanılma faktını Gürcüstanın Baş prokuroru İrakli Şotadze də təsdiqləyib.
Onun sözlərinə görə, hazırda ekstradisiya prosesi gedir.
2020-ci ildə Sqanqa vətənində qiyabi olaraq təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib, beynəlxalq axtarışa verilib. İtaliyada mafiya işi çərçivəsində onun üç qardaşı, eləcə də mafiya ilə əlaqədə ittiham olunan bir neçə keçmiş asayiş keşikçisi məhkum edilib. İstintaq müəyyən edib ki, assosiasiyaya daxil olan şəxslər Turində cinayət fəaliyyəti ilə məşğul olublar.
- Mingəçevirdə su təchizatı yenidən qurulur - Video
- Ölkəmizə yeni təcili yardım avtomobilləri gətirildi
- COP29-da iştirak edəcək bu şəxslər üçün peyvəndlər gətirildi
- Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına qadağa - Foto
- Daha bir tiktoker həbs edildi - Foto
- Bakıda bu ərazidə binada yanğın başladı - Video
- COP29-a görə metrolarda tibb məntəqələri yaradılır
- COP29-la əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirildi