Avropa Şurası Azərbaycan əleyhinə bəyanat verməklə özünün mənəvi prinsiplərini tamamilə itirdiyini nümayiş etdirir.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.
Ekspertin fikrincə, Avropa Şurasının Nazirlər Komitəsi Avropanın əsas strateji müttəfiqi - Azərbaycanla qarşılıqlı anlaşma və əməkdaşlıq prinsiplərindən uzaqlaşıb:
“Avropa Şurasının sədri Şarl Mişel, Belçikanın xarici işlər naziri Xədicə Labib, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna və bir çox digər yüksək vəzifəli avropalı diplomatlar beynəlxalq humanitar hüquqa hörmət etmək və qorumaq iqtidarında olmadıqlarını nümayiş etdiriblər”.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
Politoloq vurğulayıb ki, Fransa və Belçika diplomatları BMT-nin İnsan Hüquqları Şurasında öz hökumətləri tərəfindən son illər təsdiq edilmiş bir çox humanitar qanunlara riayət etməkdən imtina edirlər.
Onun sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsinin və Avropa İttifaqı nümayəndə heyətinin 18 oktyabr tarixli anti-Azərbaycan bəyanatı təkcə qərəzlə dolu deyil, həm də açıq şəkildə Qarabağda çoxlu cinayətlər törətmiş erməni terror qruplaşmalarına dəstək ortaya qoyur.
- “Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video
- 103 yaşlı həkim uzunömürlülüyün - 3 sirrini açıqladı
- Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- Bağçada mərmilər aşkarlandı, təşviş yarandı - Video
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr