Bakı metrosunda qatarların hərəkəti ləngiyir.
BUTA.TV xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Report-a bildirib ki, “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarın qapısına sərnişin müdaxiləsi olub.
"Bu zaman maşinistin idarəetmə lövhəsində dərhal müvafiq siqnal işə düşüb. Bu səbəbdən maşinist qatara baxış keçirib, sonra bütün məsələlər qaydasında olub və o, yoluna davam edib. Sonradan təkrar eyni hal yaranıb və qatar xəttin ortasında olduğundan onun xətdən çıxarılması zərurəti yaranıb. Qatar elektrik deposuna göndərilib, onun əvəzinə dərhal xəttə başqa qatar verilib. Nəticədə qatarın hərəkətində intervaldan əlavə 4 dəqiqə gecikmə yaranıb", - B. Məmmədov deyib.
- Şuşaya maşınla gedənlərin nəzərinə: 150 AZN cərimə... - Video
- İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?
- DYP-dən sürücülərə məcburu dayanma ilə bağlı xəbərdarlıq
- Dərnəgüldən regionlara qatarla getmək mümkün olacaq
- Binə qəsəbəsində qaz olmayacaq
- Daha 3 şəhidimiz dəfn ediləcək
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
- Lökbatandakı yanğın: anbarın 21 min kvadratmetri yandı