Məşhur qazax milyonçunun sərvəti müsadirə edildi

13:54 - 18 Oktyabr 2023 - KRİMİNAL

 Məşhur qazax milyonçunun sərvəti müsadirə edildi

Altı il müddətinə azadlıqdan məhrum edilən qazaxıstanlı iş adamı Kayrat Boranbayevin əmlakı dövlətə verilib. Geri qaytarılan aktivlər arasında ofis binaları və Almatıdakı ticarət-əyləncə kompleksi də var.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin mətbuat xidməti məlumat yayıb.

“Ofis binaları, ticarət-əyləncə kompleksi, idman şəbəkəsi dövlətə verilib. Həmçinin dəyəri 33,75 milyard tenge (təxminən 70 milyon dollar – red.) olan obyektlər, Almatı şəhərinin qızıl meydanında yerləşən “Almalı” ticarət mərkəzinin binası, habelə icarə və əmlakın idarə edilməsi ilə məşğul olan “Unity Hall” dövlətin mülkiyyətinə keçib. “Fitnation” fitnes klublar şəbəkəsi də dövlətə verilib. Obyektlər Astana, Almatı və Kostanayda yerləşir.

Onların istirahət, reabilitasiya və təhsil mərkəzlərinin təşkili ilə sosial məqsədlər üçün istifadə edilməsi planlaşdırılır. Aktivlərin qaytarılması istiqamətində işlər davam edir”, - məlumatda deyilir.

Bu xəbər hal-hazırda çox oxunur
Qarabağa getmək istəyənlərin nəzərinə!

Qeyd edək ki, 2023-cü ilin martında Astana məhkəməsi Boranbayevi əmlakı müsadirə olunmaqla 8 il müddətinə azadlıqdan məhrum edib. İş adamı mayeləşdirilmiş qazı alarkən pul oğurluğu və çirkli pulların yuyulmasında təqsirli bilinib. 2023-cü ilin iyul ayında məhkəmənin qərarı ilə hökm ləğv edilib, işə apelyasiya şikayəti verilib. Sentyabrın 15-də apelyasiya şikayətindən sonra məhkəmə Boranbayevi 6 il müddətinə azadlıqdan məhrum edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol