Xəbər verdiyimiz kimi, amerikalı reper Snup Doqqun sentyabrın 23-də Ermənistanda baş tutmalı olan çıxışı qeyri-müəyyən müddətə təxirə salınmışdı. Məşhur reper İrəvanda çıxış etməsə də, qonorarı tam köçürülüb.
BUTA.TV-nin erməni mediasına istinadən xəbərinə görə, “Doping Space” şirkətinin həmtəsisçisi, prodüser Makar Petrosyan bununla bağlı yerli “Hraparak” qəzetinə xüsusi müsahibə verib. Petrosyanın sözlərinə görə, Ermənistanda və onun ətrafında gərginlik səngiyəndə amerikalı reper gələcək.
Makar Petrosyan Snup Doqqun işinə vicdanla yanaşdığını deyib.
“Deyə bilərdi ki, pulunuzu ödədiniz, amma “gəlmə” dediniz. Mən də ona görə gəlmədim. Amma o, belə etmir və gün gələndə oxumağa hazır olduğunu söyləyir”, - deyə erməni prodüser qeyd edib.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
“Snup Doqqun pulu qaytarmaq fikri yoxdur”, - deyə Makar Petrosyan bildirib.
Qeyd edək ki, Ermənistan hökuməti amerikalı rep ifaçısı Snup Doqqun konsertinə 6 milyon dollardan çox vəsait ayırıb. Həmin məbləğdən 1,8 milyon dollar reperin qonorarını təşkil edir. Bundan başqa, 250 min dollar onun əlavə tələblərinə - yaşayış və digər məsələlərə xərclənməli idi.
- “28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq
- Elxan Əzizov bu şirkətə direktor təyin edildi
- Sabahın hava proqnozu açıqlandı
- Keçmiş hakimlər vəkil oldular - Foto
- “Koroğlu”dakı körpüdə aralanma təhlükəlidir? - Video
- Pensiya alanların nəzərinə!
- WUF13-də xarici ölkədən gələn könüllülər də iştirak edir
- Əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib