Hələ 18 yaşım olanda Xaçatryan işgəncələr verib

21:18 - 17 Oktyabr 2023 - KRİMİNAL

 Hələ 18 yaşım olanda Xaçatryan işgəncələr verib

Hələ 18 yaşım olanda Vaqif Xaçatryanın işgəncələrinə məruz qalmışam.

BUTA.TV xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kənd sakini Məmməd Kazımov Azərtac-a müsahibəsində deyib.

M.Kazımov fikirlərinə belə davam edib: "Xankəndidə sürücülük məktəbini bitirmişəm. Meşəlidən olan tanışlarımla imtahan verməyə getmişdik. Qəfildən yolumuzu 50-60 nəfər kəsdi, bizi Xankəndi şəhər polis şöbəsinə apardılar. Orada amansız işgəncələrə məruz qaldıq. Şöbədə olduğumuzun səhəri günü Vaqif Xaçatryan da gəldi. Elə bildim ki, Meşəlidən olduğu üçün bizə kömək edə bilər. Polislərdən birindən bizim kim olduğumuzu soruşdu. Dedilər ki, Meşəlidəndirlər. Polis məni göstərib dedi ki, bu uşağı nə qədər döyürük xeyri yoxdur, elə Qarabağ bizimdir qışqırır. Bundan sonra Vaqif Xaçatryan mənə işgəncə verməyə başladı. Axırda biçaqla ayaq damarımı kəsdi ki, qanaxmadan ölüm. Növbəti gün bizi rus mayor xilas elədi. Bizi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qoyub qayıtdılar”.

1991-ci il dekabrında baş verən Meşəli hadisələrindən danışan həmsöhbətim deyib:

Bu xəbər hal-hazırda çox oxunur
Qarabağa getmək istəyənlərin nəzərinə!

“O zaman özünümüdafiə dəstəsində döyüşçü idim. Bilirdim ki, Xaçatryan qarşı tərəfin dəstə rəhbəridir. Biz onların rabitə aparatlarına qoşulurduq, Xaçatryanı səsindən tanıyırdıq. Onlar bundan əvvəl rayonun Cəmilli kəndinin sakinlərinə divan tutmuşdular. Bizi təhdid edirdi ki, Meşəlini Cəmillidən də betər edəcəyik. Azərbaycan dilində deyirdi ki, əlilləri, qocaları, qadınları kənddən çıxarın. Biz Vaqifi səsindən tanıyırdıq, həm də qarşı tərəfdən girov götürüb onlardan söz alırdıq. Etiraf edirdilər ki, qruplardan birinin rəhbəri Vaqif Xaçatryandır. Ümumilikdə, Xocalı hadisələrində 46 nəfər yaxınımı itirmişəm. Danmağına baxmayaraq, Vaqif Xaçatryan təkcə Meşəlidə deyil, digər ərazilərdə də insanlara işgəncə verib".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol