Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.
“BUTA.TV”nin məlumatına görə, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda V.Xaçatryan dövlət ittihamçısının suallarını cavablandırıb.
Prokuror Xaçatryandan zərərçəkmişlər Məmməd Kazımov və Zakir Novruzovu haradan tanıdığını soruşub. Təqsirləndirilən şəxs adıçəkilən zərərçəkmişləri yalnız kənd sakini kimi tanıdığını deyib: “Üzdən xatırlayıram. Ramin İbrahimin oğlu idi. İbrahim isə mənim qardaşımla kirvədir”.
Prokurorun növbəti sualı zərərçəkmişlərdən birinin idarə etdiyi təcili tibbi yardım avtomobilinə silahlı hücumla bağlı olub. Lakin təqsirləndirilən şəxs bu hadisəni də boynuna almayıb. Vaqif Xaçatryan hadisələrdə iştirak edən erməniləri də kənd sakini kimi tanıdığını deyib.
- Bakıda qəza sıxlığa səbəb oldu
- Oktyabrın son günü hava necə olacaq?
- Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu
- Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
- ANAMA-ya 3 yeni minaaxtaran it təqdim olundu
- Badamdarda qaya parçaları ərazidən götürüldü - Video
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video