Vəfat edən nənəsi Mahir Emrelini məhkəməyə verib

12:21 - 16 Oktyabr 2023 - MAQAZİN

 Vəfat edən nənəsi Mahir Emrelini məhkəməyə verib

Futbol üzrə Azərbaycan milli komandasının və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli və onun bacısı Ayşa Emreli barəsində qaldırılan iddia üzrə növbəti məhkəmə iclası noyabr ayının 1-də keçiriləcək.

BUTA.TV  xəbər verir ki, məhkəmə iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Mahir Emreli və bacısı barəsində iddianı nənələri Mahirə Quliyeva tərəfindən qaldırılıb. İddia mənzildən istifadə hüququna xitam verilməsiylə bağlıdır. Mahirə Quliyeva tərəfindən qaldırılan iddiaya ilk dəfə bu ilin aprel ayının 19-da baxılıb və iş üzrə icraat dayandırılıb.

Lakin, oktyabr ayının 11-də yenidən iclas keçirilib və növbəti baxış iclası noyabr ayının 1-nə təyin olunub. Maraqlıdır ki, Elektron Məhkəmə Portalında iddiaçı kimi göstərilən Mahirə Quliyeva bu ilin fevral ayında vəfat edib. 1950-ci ildə anadan olan Mahirə Quliyeva filologiya elmlər doktoru, professor olub. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda işləyib.

Tanınmış prodüser Anar Mədətovun anası olan Mahirə Quliyeva bir-neçə il əvvəl oğlunun ailəsində baş verənlərə görə gəlinini günahlandırmışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Kürdəmirdə ağır qəza: polis əməkdaşı öldü

Xatırladaq ki, ailədaxili münasibətlər səbəbindən Mahir atasının soyadından (Mədətov) və adından (Anar) imtina edərək özünə yeni soyad (Emreli) və yeni ata adı (Mahir) seçib. Hazırda rəsmi sənədlərdə futbolçu Mahir Emreli Mahir oğlu kimi təqdim olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol