Rusiya sülhməramlıları Qarabağda ard-arda müşahidə məntəqələrini bağlayırlar. Məntəqələrin mənası qalmayıb. Ermənilərin özü üçün də Rusiya hərbi kontingentinin Qarabağda varlığı heç bir əhəmiyyət daşımır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya sülhməramlılarının ötən gün daha bir müşahidə postunu ləğv etməsi barədə qeyd edib.
“Rusiya hərbi məntəqələrini bağladıqdan sonra bölgəni tərk etməsi xəbərini də yayacaq. Bu, Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsindən sonra növbəti uğuru olacaq”, - o bildirib.
Politoloq vurğulayıb ki, Rusiya hərbi kontingentinin Xocalıda qərargah salarkən rus sərkərdələrin heykəllərini torpağımızda yerləşdirməsi məntiqi anlaşılmazdır:
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
“Axı Rusiya hərbi kontingenti Xocalıdan çıxdıqdan sonra rus sərkərdəsi Aleksandr Nevskinin və digərlərin heykəlləri oradan götürüləcək. Yaxşı olardı ki, həmin heykəlləri özləri ilə aparsınlar. Yəqin Moskvanın ilkin planı belə olub ki, rusiyalı hərbçilər daha böyük müddətə Qarabağda qalacaq və Azərbaycan torpaqlarında baza yaradacaqlar. Hadisələrin sürətli inkişafı onların da planlarını pozdu”.
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır