HƏMAS-ın İsrailə hücum qərarı başqa yerlərdə verilib. İsrail buna cavab olaraq həm HƏMAS təşkilatının Qəzza bölgəsindəki mövqelərini vuracaq, həm də ona maliyyə və silah-sursat ötürən Suriya və İrandakı mərkəzləri hədəf alacaq.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Şahinoğlu bildirib ki, İsrailin zərbələri nəticəsində ölənlər arasında HƏMAS üzvləri ilə yanaşı, mülki insanların da olması Türkiyə-İsrail münasibətlərini yenidən gərginləşdirəcək:
“Bu, Azərbaycanın maraqlarına uyğun olmasa da, Türkiyə İsraili fələstinlilərin ölümündə ittiham edəcək. Beynəlxalq aləmdə də bu müharibə ikitirəlik yaradacaq. ABŞ və Avropa ölkələri İsrailə dəstək ifadə edərkən, Fələstinin müstəqlliyinin təmin edilməsi tələbini səsləndirənlər də olacaq. Son toqquşmalar İsrailin Fələstinin müstəqilliyini tanıması perspektivinə zərbə vurdu. Müharibə fonunda İsraildə Baş nazir Benyamin Netanyahunun və onun radikal tərəfdarlarının mövqeyi güclənəcək. Yaxın Şərqdə artacaq gərginlik beynəlxalq aləmin Ermənistanın Qarabağla bağlı ağlaşmalarına və yalvarışlarına diqqəti azalacaq”.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
- Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - Dosye
- Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır