Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın perspektivləri və yeni təmaslar ilə bağlı məsələləri müzakirə ediblər.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir