Bu gün Qarabağ məsələsi Azərbaycan üçün bağlıdır və o, artıq başqa məsələyə - Zəngəzur dəhlizinə keçib. Paşinyan sammitdə iştirak etdi. O, bəzi rəsmilərlə görüşüb, lakin Azərbaycan, Türkiyə və Rusiyanın iştirakı olmadan Bakı-İrəvan münasibətlərində hər hansı həll yolunun tapılacağını güman etmək çox çətindir. Üstəlik, İlham Əliyev orada iştirak etməyəcəyini bildirmişdi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants deyib.
“Hikmət Hacıyev bildirib ki, Azərbaycan Mişel, Paşinyan və Əliyev arasında keçiriləcək üçtərəfli görüşdə iştirak etməyə hazırdır. Fransa və Almaniya olmadan Mişel yeni üçtərəfli görüş təşkil etmək qərarına gələ bilər. Ən azından Paşinyana bunu demiş ola bilərlər. Əliyev Brüssel platformasından maksimum qazandı, o zaman niyə görüşdə iştirak etməlidir ki? O, artıq Paşinyanı Brüssel tələsinə sürükləyib. Azərbaycanın Qarabağ üzərində suverenliyi Brüsseldə tanındı ki, bu da taleyüklü addım idi. Əliyev çox gözəl anlayır ki, onun tərəfdaşları Avropada deyil, Rusiya və Türkiyədədir. O, bu iki ölkə ilə fəal işləyir, Nikolu Avropa tələsinə salır. Bu gün avropalılar Paşinyana sığal çəkəcək, ona gülümsəyəcək, qəhvəyə dəvət edəcəklər, Nikol da Ermənistanı güzəştə getdiyinə görə özünü hörmətli və güclü oğlan hesab edəcək. Elə vəziyyət yaranıb ki, Bakı, Ankara və Moskva İrəvanın iştirakı olmadan birgə razılıq əldə edirlər. Ermənistanın normal hökuməti olsaydı, Ermənistan-Rusiya münasibətlərində bu dərin böhrana yol verməzdi və riskləri idarə edərək Türkiyə ilə paralel fəal dialoqlar aparardı. Amma səriştəli hökumətimiz olmadığına görə havada qalmışıq. Yol ayrıcındayıq və Qərb burada sadəcə olaraq bir həll təklif edə bilməz”, - o bildirib.
- Kral Filip İlham Əliyevə başsağlığı verdi
- Azərbaycan vətəndaşı belə əsir götürüldü - Video
- Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edildi
- Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…
- İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
- Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?