Antiteror tədbirləri zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov bu gün şəhadətə qovuşub.
BUTA.TV xəbər verir ki, şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq. Qeyd edək ki, Əzizbəy musiqi təhsilli döyüşçümüz idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.
Prezident tərəfindən "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilmişdi.
Allah rəhmət eləsin!
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir