“Xüsusi təyinatlılar Ermənistanda gizlənən Köçəryan və Sarkisiyanı da...”

09:56 - 5 Oktyabr 2023 - SİYASƏT

 “Xüsusi təyinatlılar Ermənistanda gizlənən Köçəryan və Sarkisiyanı da...”

“Azərbaycan xüsusi təyinatlılarının antiterror əməliyatlarına başlamalarından bu günə qədər çox diqqətlə izləyirəm. Azərbaycan ordusunun çox qısa, daha doğrusu bir gündən də az bir müddətdə terroristləri tərksilah etməsi və əməliyyatı dinc əhalinin zərər görmədən aparması xüsusi təyinatlıların peşəkarlığının nəticəsində baş tutub”.

“BUTA.TV” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, əməliyyata hazırlaşmaq, terrorçuların yerlərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və ordunun dəqiq atəşləri istənilən qəddar terrorçunu təslim olmağa məcbur edir:  “Mən ABŞ, Böyük Britaniya və İsrailin “Mossad”ı barədə 10-larla sənədli kitablar oxumuşam. Azərbaycanın xüsusi təyinatlılarının apardığı əməliyyatlar bu kəşfiyyat idarələrinin dəsti xəttinə bənzəyir. Çox ehtimal Azərbaycan xüsusi təyinatlıları “Mossad” məktəbi keçiblər.

Son günlər yaramaz erməni terrorçu “liderlərinin” səssiz-küysüz, heç bir qan tökmədən tutulub Bakıya haqq-ədalət məhkəməsinin gətirilmələri təqdirə layiqdir. Bu tədbirlər Azərbaycan ordusunu, onun Xüsusi Xidmət orqanlarının və Hərbi Kəşfiyyatını dünya səviyyəsinə çıxarır. Hətta 30 il bundan öncə terrorizmi özünə yol seçmiş Qukasyanın eyni zamanda terrorbaşı Harutyunyan həbs edilməsi bir daha Azərbaycan xalqına qarşı düşmənçilik etmiş heç bir şəxsin bundan sonra rahat yaşaya bilməyəcəklərinə dəlalət edir. 

1987-ci ildən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin müəllifləri əgər sağdırlarsa bilməlidirlər, heç kim unudulmayıb… 

Hesab edirəm ki, Azərbaycan rəhbərliyi uyğun bilərsə dövlətimizin Xüsusi Xidmət orqanlarının Xüsusi Təyinatlıları  Ermənistanın daxilində gizlənən Köçəryan, Sarkisiyan kimilərini də tutub Bakıya gətirmək iqtidarındadır. Şəxsən mən Azərbaycanın rəşadətli ordusu, eyni zamanda güc strukturları ilə fəxr edirəm! 

Azərbaycan silahlı qüvvələrinin, güc strukturlarının beynəlxalq səviyyəyə qalxmasında xüsusi rolları olmuş - Prezident, Birinci Vitse-Prezident başda olmaqla zəhmət çəkmişlərin hamısına eşq olsun deyirəm”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol