Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? - RƏSMİ AÇIQLANDI

12:40 - 4 Oktyabr 2023 - SİYASƏT

 Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? - RƏSMİ AÇIQLANDI

Sentyabrın 19-dan etibarən Azərbaycanda “Tiktok”a giriş məhdudlaşdırılıb.

BUTA.TV xəbər verir ki, artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib. Yaranmış vəziyyət ölkəmizdə on minlərlə “Tiktok” istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq? Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etdik.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı qərarda hər hansı bir dəyişiklik yoxdur:

“Hazırda “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilən qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Bu xəbər hal-hazırda çox oxunur
Ayxan Hacızadə Paşinyana cavab verdi

Qeyd edək ki, Azərbaycanda “Tiktok”a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb. 

“Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə “TikTok” platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır”- deyə Pərdəşünas  məlumatda qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol