Teleqramın erməni seqmentinin təsirli kanalı olan “Baqramyan 26”nın məlumatına görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçı rejimin üç keçmiş "prezidenti" və "hökumət üzvləri" Ermənistana keçə bilib.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə hələ ki, Azərbaycan mərkəzi hakimiyyətinin heç bir açıqlaması yoxdur.
Böyük ehtimalla, söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni "prezident" Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndidə qalır.
Məlumata görə, bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 "generalın" həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.
Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub.
- Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…
- İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
- Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı
- Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
- Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi