Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

Tarix: Siyasət

Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Bildirilib ki, Niderland hakimiyyəti hələ iyun ayında oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq barədə qərar vermişdi.

Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar olaraq yatağın istismarını bərpa etmək mümkündür.

Qeyd edək ki, Qroningen yatağı 1959-cu ildə kəşf edilib.