Bölgənin coğrafiyasında hər hansı dəyişiklik təhlükəsizliyə və qeyri-sabitliyə gətirib çıxarır və böhranı daha da gücləndirir.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general Əli Əkbər Əhmədian erməni həmkarı Armen Qriqoryanla görüşdə deyib.
General Əhmədian görüşdə Qafqaz regionunda baş verən son hadisələrə diqqət çəkib və regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün hər bir tərəfin səy göstərməsinin vacibliyini vurğulayıb.
Əhmədianın bu yaxınlarda başa çatan Ermənistan-ABŞ hərbi təlimləri və ABŞ hərbçilərinin Ermənistana buraxılmasının səbəbi barədə Qriqoryanla müzakirə aparıb-aparmadığı bilinmir. Halbuki İran qeyri-region ölkələrinin regiona müdaxiləsinə qarşı kəskin mövqe sərgilədiyini iddia edirdi.
Qeyd edək ki, A.Qriqoryan Tehranda səfərdədir.
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO