Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.
“Ermənistanda Rusiya telekanallarının bağlanması ilə bağlı qərar qəbul edilsə, təəccüblənmərəm. Üstəlik, yaxın gələcəkdə Ermənistanın KTMT-dən çıxmasına cəhd ediləcək və Gümrüdə Rusiya hərbi bazasının fəaliyyətinin dayandırılması məsələsi qaldırılacaq”, - rusiyalı deputat bildirib.
Zatulin iddia edib ki, Ermənistanda Rusiya telekanallarının bağlanması məsələsinin müzakirəsi rəsmi İrəvanın regionda Rusiyanın təsirinə qarşı mübarizəsi ilə bağlıdır.
- Bu xəbərlərə də göz at
- Bu ölkədə də dövlət çevrilişinə cəhd edildi
- ABŞ orbitə 20-dən çox hərbi peyk buraxacaq
- İnanılmaz: Rusiyada daha bir bazar yanır - Video
- Zelenski Ukrayna xalqına xəbərdarlıq etdi
- Zaporojye AES-də təhlükəli vəziyyət: generatorlar işə salındı
- İsrail HƏMAS-ın batalyon komandirini məhv etdi