UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə "Hakken"lə üz-üzə gələcək "Qarabağ" azarkeşlərə müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Bildirilib ki, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Ullevi" stadionunda 8-ci qapının qarşısından ala bilərlər.
Tərəfdarlardan şəxsiyyət vəsiqəsini təsdiq edən sənədi özləri ilə götürməsi tələb olunub. Biletlərin qiyməti 22 avrodur.
Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq "Hakken"-"Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- FHN strukturlarında anım tədbirləri keçirildi
- 12 min azərbaycanlının ölümü ilə bağlı dəhşətli faktlar
- Qatar və dəmiryol vağzallarında bunu edənlər cərimələnəcək
- Yararsız döyüş sursatları məhv ediləcək - MN
- Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti
- Yağışlar hansı məhsulları bahalaşdıracaq?
- Məhkəmə ekspertizası xidmətləri: ödənilən haqqın məbləği...
- ADY bayram günlərində daşınan sərnişinlərin sayını açıqladı