Rusiya hakimiyyəti ölkədə yanacaq çatışmazlığı ilə bağlı ciddi problemlər fonunda neft məhsullarının ixracını məhdudlaşdırıb. Bu, ölkənin federal büdcəsinə təsir etsə də, yanacağın daxili bazarda qalmasına kömək etməli idi. Lakin bu üsul nəticə vermədi.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Krutixin deyib.
“Məlum oldu ki, neft şirkətləri bütün bunları nədənsə tez başa düşdülər və qaçaqmalçılıq kimi üsula əl atmağa başladılar. Boz sxemlər - müəyyən həcmlər götürülür, ixraca icazə verilən ölkələrə, Qazaxıstana, Ermənistana, Qırğızıstana ixrac edilir. Və yenidən satış gedir, hardasa qiymətlər qalxır. Yenə də Rusiyada yanacaq çatışmır. Yəni böhran belə inkişaf edib. Tam əminlik var ki, hökumətin bütün tədbirləri kömək etməyəcək", - ekspert vurğulayıb.
Ekspert daxili yanacaq bazarının uzunmüddətli balanslaşdırılması üçün hökumətin Vladimir Putinə təklif etdiyi yeni tədbirlərin də Rusiyaya kömək etməyəcəyini bildirib.
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO