Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin açılması məsələsi tamamilə rəsmi İrəvanın atacağı addımlardan asılıdır.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
“Görüşlərin keçirildiyi prosesin özünə gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhyönümlü yanaşmasını gördükdən sonra növbəti addımlar barədə danışmaq mümkün olacaq. Başa düşmək lazımdır ki, regionda yeni vəziyyət yaranıb və əməkdaşlıq üçün geniş imkanlar var. Əgər belə bir yanaşma olarsa, düşünürəm ki, sərhəd məsələsinə qədər bu prosesdə konkret irəliləyiş görəcəyik”, - mənbə bildirib.
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi