Son günlər Ermənistanın müxalifət düşərgəsində ciddi fikir ayrılıqları yaranıb və müxalifətçilər bir-birini ittiham etməyə başlayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Müxalifətin yaratdığı Milli Komitədə ciddi fikir ayrılıqları yaranıb, onlar bir-birini ittiham edir, ritorikalarını bəyənmirlər. Vazgen Manukyan bitib-tükənməyən yürüşlərlə müxalifətin fəaliyyətini dəyərdən salmaqdansa, konkret addımlar atmağı təklif edib. Amma digərləri məsuliyyəti öz üzərinə götürməkdən qorxaraq qeyd ediblər ki, Paşinyan kürsü uğrunda qan tökməyə hazırdır, lakin bu qan onların üzərində qalacaq. Milli Komitə Avetik Çalabyandan da Paşinyanı tənqid etmədiyinə görə narazıdır və Tevanyanın çıxışında qüsurlar aşkarlanıb”, - məlumatda deyilib.
Qeyd olunur ki, komitə yaradılsa da, müxalifət bəyanatlarla belə razılaşa bilmir və bu, hakimiyyətin əleyhdarlarının mitinqlərinin təxirə salınmasına səbəb olur.
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov