İndiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə ərzaq yardımı çatdırılıb və bundan sonra da davam etdiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, paylaşımda yardımların detallı statistikasına yer verilib. Məlumata görə, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi olub.
Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb. 25 sentyabr tarixində Xankəndidəki partlayışda əziyyət çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib. 26 sentyabrda isə 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 34 ton dizel yanacağı, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib.
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video