İnsanın dodaqları onun sağlamlıq güzgüsüdür, onlar hətta pnevmoniya, xərçəngi belə göstərə bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, terapevt Aleksandra Belova dodaqlardakı təhlükəli simptomlardan danışıb.
Pnevmoniyanın dodaqda əlaməti:
Ağciyər iltihabi xəstəliklərində, virusa yoluxma zamanı, xüsusən uşaq və yaşlılarda dodaqlar göyərir, buz kimi soyuq olur. Eləcə də qabıqlanır, quruyur. Göyərmiş dodaqlar sianoz adlanır, bu artıq hipoksiya əlamətidir.
Xərçəng: Onkoloqlar bildirir ki, son 15 ildə ağız boşluğu, dil, damaq xərçəngi çox yayılıb.
Bu zaman xərçəng dodaqlara da keçir, adətən alt dodaqda. Günəşdə çox olmaq, qaralmaq, ultrabənövşəyi şüaların təsiri, siqaret bu riski artırır. Bu zaman dodaqlarda sağalmayan xora yaralar çıxır, bu yaralar sizi incidir.
Mədə-bağırsaq, qıcıqlanmış bağırsaq sindromunda ağız kənarlarında ağrılı çatlar, qırmızı quru ləkələr, çatlar əmələ gəlir.
Ağız künclərində ağrılı sıyrıntılar B qrup vitamini defisiti və göbələkdə də olur.
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video