Cəlilabadda dəhşətli qəza: sürücü yanaraq öldü

23:22 - 25 Sentyabr 2023 - GÜNDƏM

 Cəlilabadda dəhşətli qəza: sürücü yanaraq öldü

Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, "Mersedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol