Ermənilərlə azərbaycanlıların sülh şəraitində yaşamalarını arzu edirəm.
BUTA.TV xəbər verir ki, bunu Samvel Yevriyan Laçında Ermənistana yola düşməmişdən qabaq jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycanlılarla bir yerdə yaşamaq niyə mümkün deyil ki? Əlbəttə ki, mümkündür! Mənim yüzlərlə azərbaycanlı dostum var idi. Biz birlikdə çalışmışıq”, - o, iki xalqın bir yerdə yaşamasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, hələ sovet illərində Bakıda tamaşada iştirak edib: “Azərbaycandan olan sənətçi dostlarımla görüşməyi çox istərdim. Avtandil İsrafilov (mərhum qarmon ifaçısı, Azərbaycanın Xalq artisti) mənim yaxın dostum idi. O, Zeynəb Xanlarova və ansamblı ilə Xankəndidə konsertdə olub. Azərbaycanlılarla çox sıx münasibətlərim var idi”.
O əlavə edib ki, A.İsrafilov onun İrəvan və Xankəndidəki evlərində olub.
S.Yevriyan Qarabağda yaşamadığını, burada işlədiyini, buraya ildə bir neçə dəfə fasilələrlə gəlib-getdiyini və buranı öz arzusu ilə tərk etdiyini vurğulayıb.
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video