“İMPULS-AR” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Füzuli rayon prokurorluğu məlumat yayıb.
Araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Faktla bağlı “İMPULS-AR” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə MMC 20 min manat məbləğində cərimə edilib.
- Türkiyə MN-dən Soyqırım Günü ilə bağlı paylaşım
- Ordumuz soyqırımı qurbanlarının qisasını aldı...
- Bayram günlərində hadisələr zamanı 13 nəfər ölüb - FHN
- İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı
- Azərbaycan Ordusunun yeni hərbi obyektləri... - Foto
- Bəzi yerlərə qar yağır
- Daha bir rayonda kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
- Prezident Soyqırım Günü ilə bağlı paylaşım etdi