Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru cənab Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
- Bakıda 53 yaşlı qadın doğuş zamanı öldü
- Prezident bu türbənin bərpasına 10 milyon ayırdı
- Məzuniyyət vaxtı üçün əmək haqqı necə hesablanır?
- Ramazan bayramı namazının vaxtı açıqlandı
- Fransız casusa hökm oxundu
- Karantin rejiminin müddəti uzadıldı
- ADY bayramlarda gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
- Xəzər dənizində zəlzələ oldu