Çinin məşhur “Alibaba Group” şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu “Alibaba Group”un prezidenti Maykl Evans Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
Evans şirkətin ölkəyə dəqiq nə vaxt investisiya qoymağı planlaşdırdığını açıqlamayıb. Şirkət prezidenti onu da bildirib ki, “Alibaba Group” artıq “Trendyol” vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyub.
Türkiyə mediasında yayılan məlumata görə, sərmayə xüsusilə Ankarada data və logistika mərkəzinin, İstanbul hava limanında ixrac əməliyyatları mərkəzinin tikintisinə yönələcək.
- FHN 454 nəfəri təxliyə etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü
- Qazaxda 18 yaşlı qız dəm qazından öldü
- Yol polisi rayonlardan qayıdanlara müraciət etdi
- Beş gün ardıcıl iş olmayacaq
- Nazir müavini Balayevin vəfat etdiyi xəstəxanada - Foto
- Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov