Sentyabrın 14-də Mingəçevirdə "Leksus" markalı avtomobilin idarə etməni itirərək işıq dirəyinə çırpılması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, qəza zamanı avtomobili idarə edən Elmar Allahverdiyev sərxoş vəziyyətdə olub və avtomobili yüksək sürtlə idarə edib. Nəticədə isə idarəetməni itirərək işıq dirəyinə çırpıb.
Qəzada avtomobildə olan sərnişin - Elmar Allahverdiyevin həyat yoldaşı Rahimə İmran qızı Allahverdiyeva bədən xəsarətlərdən hadisə yerində ölüb.
Digər sərnişinlər, Elmar Allahverdiyevin övladları Allahverdiyev Əli Elmar oğlu, Allahverdiyeva Leyla Elmar və digər sərnişin Xudiyeva Lalə Əfqan qızı müxtəlif bədən xəsarətləri alıblar.
Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, Elmar Allahverdiyev keçmiş hərbçi olub, aprel döyüşlərinda iştirak edib. Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib. O, cəmiyyətdə sosial şəbəkələrdəki açıqlamaları və müsahibələri ilə daha çox tanınıb.
- AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı
- AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?
- Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... – Video
- Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb
- Azər Baxşəliyevə böyrək köçürüləcək? - Rəsmi
- Sərhəddə toqquşma: Pekin niyə narahatdır?
- İrəvan-Bakı münasibətlərinin normallaşması... - Polşa
- Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı