Buxarest özünə təhlükə yaradacaq rus dronlarını məhv edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Qərargahının rəis müavini, general Georgits Vlad deyib.
Rumıniya generalı bildirib ki, ölkə Dunay deltası bölgəsində təxminən 600 əsgər və radar sistemləri yerləşdirib:
“Biz bəzi radarlar yerləşdirmişik, müdafiə vasitələrimizi işə salmışıq və Rusiyanın təcavüzünə qarşı çıxış yolu tapmaq üçün NATO müttəfiqlərimizlə müzakirələr aparmışıq”.
Həmçinin general Rusiya pilotsuz təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərindən istifadə edilib-edilməyəcəyi sualını cavablandırıb.
"Təhlükə səviyyəsindən asılı olaraq, biz Rumıniya ərazisini qorumaq üçün bütün mövcud hərbi vasitələrdən istifadə etməyə hazırıq", - hərbçi əminliklə qeyd edib.
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?