Bakı İrəvanla mövcud məsələlərin sülh yolu ilə həllinə köklənib.
BUTA.TV xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür və həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik", - H.Hacıyev vurğulayıb.
PA rəsmisi bildirib ki, Azərbaycan tərəfi nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək.
“Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur”, - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib.
“Qarabağ Azərbaycanın daxili məsələsidir və buna etiraz etmək cəhdi regionda davamlı sülhə nail olmaq baxımından əks effekt verir”, - H.Hacıyev əlavə edib.
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?