UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan "iticket.az"da satışa çıxarılacaq.
BUTA.TV ölkə çempionunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri:
"Iticket.az"ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Qeyd edək ki, sentyabrın 21-də oynanılacaq görüş saat 20:45-də başlayacaq.
- "Gənclik"dəki tuneldə dəhşətli qəza - Video
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?